Şəhid kapitan Biləsuvarda dəfn edildi - VİDEO

28 Noyabr 2020 17:35    647 Baxış   
Şəhid kapitan Biləsuvarda dəfn edildi -  VİDEO

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

Şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.
Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar