Səngərdə saç ağartmış polkovnik: "İtirdiyim əsgər və zabitlərimizi yuxuda da unuda bilmirəm"

25 Noyabr 2020 22:03    473 Baxış   
Səngərdə saç ağartmış polkovnik:  "İtirdiyim əsgər və zabitlərimizi yuxuda da unuda bilmirəm"

Bu gün yaralı zabiti evlərinə apardım. Zorla yeriyirdi. 9 yaşlı uşağı atasını qarşıladı...qarşılanma çox təsirli idi. Evdə olan qohumlardan kimsə yaralı zabitin qarşılanma səhnəsini videoya çəkmişdi.

"Paylaşmayın!"- dedi yaralı zabit:

"Paylaşmayın! Gözü yolda qalan valideynlər var, oğlu ağır yaralı, şəhid, itkin düşənlərimiz var. Döyüşlərdə itirdiyim əsgər və zabitlərimizi yatanda belə unuda bilmirəm. Yuxum da qaçıb, sutka ərzində 2 saat yata bilirəm, onda da itirdiyim hərbçilərlə döyüş meydanında düşmənlə döyüşürəm".

Döyüşdə, ən irəlidə gedən komandirlərdən biri. Leytenant rütbəsindən polkovnik rütbəsinə qədər səngərdə qazanıb, orda olub.

Səngər aslanlarının komandiri-pokovnik Xanıyev Lerik rayonu, Züvüç kəndində anadan olub.

Xocavənd uğrunda gedən döyüşlərdə, rayonun 2 km-də ağır yaralanıb. Hal-hazırda özünü yaxşı hiss edir.

Yaxın günlərdə komandirlə bağlı maraqlı yazını siz də oxuya bilərsiniz...

Aqil Alışov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar