Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul

15 Yanvar 2022 11:00    298 Baxış   
Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub:

- Hərbi nəzəri elmlər;
- Hərbi xüsusi elmlər;
- Hərbi təbabət;
- Milli təhlükəsizlik.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar