"Suqovuşan canavarı"

27 Noyabr 2020 17:26    2946 Baxış   
"Suqovuşan canavarı"

Talış və Suqovuşanın (köhnə adı Madagiz) azad edilməsində cücaət göstərmiş daha bir qəhrəmanını, “Madagiz canavarı” ləqəbi ilə tanınan igidimizi siz də tanıyın.

Abdulov Ramiq Hətəm oglu 1976-ci il oktyabrın 27-də Yardımlı rayonunun Bozayran kəndində qulluqçu ailəsində anadan olub. Atası rəhmətlik Hətəm Abdulov Sovetlər dönəmində rayonda məmur kimi yüksək vəzifələrdə çalışıb, daha dəqiqi Xalq Nəzarəti Komitəsinin aparıcı təlimatçısı işləyib, çox savadlı, peşəkar, həm də böyük hörmət sahibi olub. Əfsus ki, gənc yaşlarında ürək xəstəliyindən dünyasını dəyişib...

Ramiq Abdulov hərbi xidmətə 1996-ci ildə hərbi dəniz qüvvələrində hərbi dənizçi kimi baslayıb, 1999-cu ildə gizirlik kursuna daxil olub. 2000-ci ildən gizir kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2020-ci ilin VƏTƏN SAVAŞINDA bölüyün təminat üzrə cavabdeh şəxsi olsa da, komandirlərinin etirazlarına baxmayaraq döyüşlərə qatılıb. Talış və Suqovuşan istiqamətlərində döyüşlərdə qəhrəmancasına iştirak edib, komandirləri tərəfindən "Madagizin canavarı" ləqəbi alıb. İlk döyüş günü düşmənin diversiya kəşfiyyat qrupunun 12 nəfər əsgərimizə qarşı hazırladığı təxribatı vaxtında aşkar edərək zərərsizləşdirib və əsgərləri ölümdən xilas edib.


Talış kəndinə doğru hücumda tanklarımızın mövqe tutmasında, onların təhlükəsiz yerləşməsində və düşmən tərəfdən törənə biləcək təxribatın qarşısının alınmasında öndə duranlardan olub. Xidmət etdiyi taborla birlikdə 6 dəfə düşmənə qarşı şiddətli döyüşlərdə iştirak edərək cəsurluq nümayiş etdirib. Düşmənin mərmi atəşləri altında dəfələrlə hücumlarda sücaət göstərib...

Əli İskəndərov, "Yardımlının Səsi" qəzeti



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar