Şuşaya dəmir yolu xətti çəkiləcək

23 İyul 2021 12:57    1350 Baxış   
Şuşaya dəmir yolu xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

Dominant.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir.

“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

(Report)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar