Telman İsmayılov təcridxanaya yerləşdirildi

02 Oktyabr 2021 18:23    976 Baxış   
Telman İsmayılov təcridxanaya yerləşdirildi

Azərbaycanlı iş adamı, Moskvadakı Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Qaradağda həbs olunub.

Dominant.az xarici KİV-ə istinadən xəbər verir ki, o, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan təcridxanaya yerləşdirilib. Bu gün Podqoritsa şəhərində Ali Məhkəmənin hakimi Vladimir Novoviç bu barədə qərar verib.

Telman İsmayılov Rusiya tərəfindən qətl sifarişində ittiham olunaraq beynəlxalq axtarışa verilib.

AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov 1956-cı ildə Azərbaycanda anadan olub.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar