Oktyabrın 12-də Ermənistan Nazirlər Kabinetində baş nazir Nikol Paşinyan və Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan arasında görüş keçirilib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir, Ermənistan hökuməti aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Armen Xaçatryan bildirib ki, görüş yenicə başa çatıb. “Belə görüşlər dövri xarakter daşıyır”,-deyə o əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Xankəndidə keçirilən aksiyada ermənilər Arutyunyanla görüş tələb etsələr də, o, meydana çıxmağa cəsarət etməmişdi. Bunun ardınca baş terrorçu dəstəsini də yığıb İrəvana, Paşinyanla görüşə getdi.