Rusiya Kiyevə kamikadze dronlarla zərbələr endirib, dərslər dayandırılıb - YENİLƏNİB-2

17 Oktyabr 2022 10:21    18272 Baxış   
Rusiya Kiyevə kamikadze dronlarla zərbələr endirib, dərslər dayandırılıb - YENİLƏNİB-2

Ukraynanın paytaxtı Kiyev şəhərində daha iki partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.

Məlumata görə, partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

Xatırladaq ki, Rusiya bu gün səhər saatlarında Kiyevə İran istehsallı kamikadze dronları ilə hücum edib. Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İtki barədə hələ ki, məlumat yoxdur.

09.55
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində Kiyevdə inzibati bina yanıb.

İtki olub-olmaması barədə hələ məlumat yoxdur.

08:31
Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar