Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib

11 Oktyabr 2022 15:22    9575 Baxış   
Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib
Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.

Bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyinin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar