Türkiyəli siyasi partiya liderindən Azərbaycan bayrağına ehtiram

27 Yanvar 2021 22:16    297 Baxış   
Türkiyəli siyasi partiya liderindən Azərbaycan bayrağına ehtiram

AY Partiya Başqanı Anar Əsədlinin Türkiyədə görüşləri davam edir.

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bu gün Türkiyə Demokrat Partiyasının qərargahında Partiyanın Başqanı, millət vəkili Gültəkin Uysalla görüşüblər.

Görüşdə Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında əlaqələrin yaradılması, inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyi xüsusi qeyd edilib.

Məlumat üçün bildirək ki, Türkiyənin 3-cü Prezidenti Cəlal Bayarın 1946-cı ildə qurduğu Demokrat Partiyasından indiyədək üç nəfər Prezident, yeddi nəfər Baş nazir olub.

AY Partiya Başqanı Gültəkin Uysala Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün “Ticari Hayat” qəzetinin baş redaktoru Mehmet Göktürklə də görüşüb. Görüşdə iki ölkənin mətbuat sahəsində əməkdaşlığından danışılıb, əlaqələrin genişləndirilməsi barədə fikirlər bölüşülüb.

AY Partiya rəhbərliyi daha sonra Ankarada yerləşən Təbriz Araşdırmalar İnstitutunu ziyarət edib. Anar Əsədli burada İnstitutun Başqanı Riza Heyət, ekspertləri Babək Şahid, İbrahim Ramazanla görüşüblər. Qonaqlara İnstitutun fəaliyyəti barədə məlumat verilib, tərəflər Dünya Azərbaycanlıları məsələsinə dair fikir mübadilısi aparılıb.










Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar