Vaksinasiya olunmayan şəxslər cərimələnəcək? – DİN-dən AÇIQLAMA

05 Aprelel 2021 21:54    717 Baxış   
Vaksinasiya olunmayan şəxslər cərimələnəcək? –  DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) vaksinasiya olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Dominant.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan məlumatlar əsasızdır: “Vaksinasiya vətəndaşlara könüllü şəkildə vurulur. İnzibati Xətalar Məcəlləsində vaksinasiya olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda vaksinasiya olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar