Vurğun Əyyub haqqında film çəkilib

24 Sentyabr 2020 10:21    153 Baxış   
Vurğun Əyyub haqqında film çəkilib
Azərbaycan Yüksəliş Partiyası (AYP) müstəqilliyimizin bərpasında və dövlətimizin quruculuğunda müstəsna rolu olan ictimai-siyasi şəxsiyyətlər haqqında yaddaş filmləri hazırlayır.

AYP-nin ilk filmi Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş və Azərbaycanda ali məktəblərə rüşvətsiz qəbulun tətbiqində böyük rol oynamış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərhum sədri Vurğun Əyyuba həsr edilib.

Dominant.az xəbər verir ki, “Elinə Vurğun insan” adlanan filmin çəkilişləri başa çatıb və bu gündən ictimaiyyətə təqdim olunur.

Qeyd edək ki, Vurğun Əyyub ötən il sentyabrın 24-də vəfat edib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar