Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb

13 Yanvar 2021 15:23    71 Baxış   
Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb

Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

“Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar