Pandemiyanın şəhərimiz Bakı üçün yaratdığı əsas problemlərdən biri metronun işləməməsi və bunun nəticəsində ictimai nəqliyyatdakı sıxlıqdır. Şənbə- baza günləri avtobusların işləməməsi isə bu yüklənməni getdikcə artırır.
Bununla bağlı həkim Ədalət Rüstəm danışıb:
"Yükü azaltmaq üçün metro açılmalıdır. Təhlil etmək lazımdır, əgər şənbə- bazar günləri yoluxma sayı aşağıdırsa, həmin günlər ictimai nəqliyyat, xüsusən də avtobuslar işləməlidir. Şənbə- bazar günü yoluxmanın sayının azalması o deməkdir ki, bu ilk beş gündə, yəni həftə içi olur. Buna görə də ictimai nəqliyyata düşən yükü azaltmaq üçün nəqliyyat qeyd edilən vaxtlarda da işləməli, yükü həftə içinə paylamaq lazımdır".
Şəlalə Babayeva
Sonxeber.az