Allahşükür Paşazadə Azərbaycanı hədələyən İran mollasının cavabını verməlidir - TƏHLİL

20 Sentyabr 2021 22:07    1248 Baxış   
Allahşükür Paşazadə Azərbaycanı hədələyən İran mollasının cavabını verməlidir -  TƏHLİL

Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarına daşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağa girişinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu.


Dominant.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Azərbaycan nə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi.

“Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar. Alınmadı. Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumu almayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amuli səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxta informasiya əsasında mətn verib oxutdurublar”.

Siyasi şərhçinin sözlərinə görə, Amuliyə cavabı Qafqaz Müsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axundu versəydi yaxşı olardı.

“Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin, Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizin ruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axunda layiqli cavab vermələri də bir o qədər əhəmiyyətlidir. Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amulinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar