Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

13 İyun 2021 10:05    490 Baxış   
Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

“Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.

Dominant.az xəbər verir ki, bunu Azərbaycanın 15 ermənini Ermənistan tərəfinə təhvil verməsində Gürcüstanın iştirakını şərh edən hərbi-siyasi ekspert Amiran Salukvadze feysbuk hesabında yazıb.

Gürcü ekspertin sözlərinə görə, bu, yaxın qonşular və regiondakı xarici oyunçuların Gürcüstana etimadın möhkəmlənməkdə olduğunu təsdiqləyir.

A.Salukvadzenin fikrincə, Gürcüstanın prosesdəki rolu qonşuları – Azərbaycan və Ermənistanla etimadın dərinləşməsinə xidmət edir: “İrakli Qaribaşvilinin Bakı, Yerevan və Ankaraya səfərlərinin nəticəsi etimadın dərinləşdirilməsidir”.

Ekspert Gürcüstanın fəal xarici siyasətini alqışlayıb: “Bu, regional kontekstdə müsbət hadisədir və belə addımlar bölgədə sülh, etimad və mehriban qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq. Azərbaycan tərəfi İrakli Qaribaşviliyə danışıqlarda oynadığı rola görə artıq minnətdarlıq bildirib”.

(Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar