AY Partiya Başqanı: “Beynəlxalq məsələlərdə Türkiyənin mövqeyini nəzərə almalıyıq”

16 May 2021 14:19    484 Baxış   
AY Partiya Başqanı: “Beynəlxalq məsələlərdə Türkiyənin mövqeyini nəzərə almalıyıq”

“Bu məsələyə daha öncə də münasibət bildirərək, demişdik ki, bu münaqişədə Azərbaycan barışdırıcı və ya heç olmasa sakitləşdirici missiya ilə çıxış edə bilər. Sosial şəbəkələrdə Azərbaycan və Türkiyə insanlarının İsrail-Fələstin ilə bağlı mübahisələri məni bir daha bu mövzuya qayıtmağa vadar etdi”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.



AY Partiya Başqanı əlavə edib ki, hər iki ölkənin insanları və təəssüf ki, hətta siyasiləri, millət vəkilləri məsələ ilə bağlı aqressiv və bəzən birmənalı münasibət sərgiləyirlər: “Türkiyədə azərbaycanlıların İsrail dövlətinə olan dost münasibətinə qarşı bir yanlış aqressiya görürük. Öz ölkəmizdə də bu tip çağırışlara rast gəlirik. Həm Azərbaycan, həm Türkiyədəki insanlarımıza bir tövsiyədə bulunmaq istəyirəm.

Beynəlxalq məsələlərə münasibət bildirərkən duyğularımızla deyil, dövlətin strategiyası rakursundan baxmaq vacibdir. Azərbaycan dövlətinin qanlı münaqişə ocaqlarından birdəfəlik qurtulması, güclənməsi heç şübhəsiz ki, Türkiyə ilə bərabər siyasi, hərbi, iqtisadi bərabərliyin dərinləşdirilməsindən keçir. Bu səbəbdən də biz mütləq Türkiyə dövlətinin beynəlxalq məsələlərdə mövqeyin nəzərə almalıyıq. Türkiyəni dünyada super gücə çevirəcək istənilən addımı dəstəkləməliyik və dəstəkləyəcəyik.

Ancaq bəzən Türkiyənin super gücə çevrilməsi prosesinin qarşısında bizim yaxın müttəfiqlərimiz də olur. Bu kimi hallar təbii ki, bizi üzəcək, amma bir dövlət kimi, bu hallarda barışdırıcı missiyamız effekt verməsə belə, hər zaman qardaşımızın siyasətini dəstəkləməliyik.

Bu məsələdə neytral mövqe nümayiş etdirib, vasitəçi kimi çıxış etmək istəyimiz Türkiyəni dəstəkləməmək anlamına gəlmir. Buna görə də Türkiyə və Azərbaycan insanları çox həssas olmalı, bir-birini ittiham edəcək heç məsələni yaxına buraxmamalıdır”, - deyə o qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar