Azərbaycan bu ölkənin ərazisini icarəyə götürür –Taxıl əkəcəyik

13 Yanvar 2022 11:00    755 Baxış   
Azərbaycan bu ölkənin ərazisini icarəyə götürür – Taxıl əkəcəyik

“Biz elə etməliyik ki, Azərbaycan buğda ilə özünü təmin etsin. Hər hansı dövlət özünün ərzaq təminatını 75 faiz təmin edirsə, bu, ölkənin təhlükəsizliyini təmin etməsi deməkdir. Təəssüf ki, bizdə bu rəqəmlər o qədər yüksək deyil”.

Dominant.az xəbər verir ki, bu sözləri “ARB24”-də yayımlanan “Nə baş verir?” verilişində qonaq olan millət vəkili Vahid Əhmədov bildirib:

“Mənim aldığım məlumata görə, Azərbaycanın işğaldan azad edilən əraziləri və digər bölgələrində məhsuldarlıq yüksəldiləcək. Hər hektardan 4000-4500 sentner məhsul alınmalıdır.

Digər tərəfdən bəzi dövlətlərdə əlavə torpaq ehtiyatları var. Biz həmin dövlətlərlə müqavilə bağlayaraq onlardan icarəyə torpaq götürüb və taxıl əkiminə başlamaq istəyirik”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar