Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş briqada” təlimləri davam edir.
Dominant.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“ “Qardaş briqada” layihəsi çərçivəsində Türkiyədə olan Azərbaycan hərbçilərinin təlimləri Çanaqqaladakı 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında davam edir”, - deyə məlumatda qeyd olunub.