"Azərbaycan Madrid prinsiplərini öz gündəmindən çıxardı"

22 Oktyabr 2020 21:29    684 Baxış   
"Azərbaycan Madrid prinsiplərini öz gündəmindən çıxardı"
Azərbaycan öz hərbi uğurları ilə regional və qlobal təhlükəsizliyə ciddi töhfə verir

"Cəbhədəki radikal dönüşdən sonra baza prinsiplərinin aktuallığını itirdiyini və yeni reallıqların yarandığını qeyd etmişdik. Prezidentin bu gün referendum məsələsini qəti şəkildə rədd etməsi və mədəni muxtariyyətdən danışması mövcud duruma adekvat mövqedir, beynəlxalq hüquqa da tam uyğundur".

Dominant.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Ş.Cəfərli qeyd edib ki, Azərbaycan açıq bəyan etməsə də, Madrid prinsiplərini öz gündəmindən çıxardı: "Çünki Azərbaycan Ordusu cəbhədə qazandığı qələbələrlə bu sənədi lazımsız kağız parçasına çevirmişdi. Doğrudan da, əgər öz əsgərlərimizin qanı bahasına 3 rayonu azad etmişiksə, dördüncünü azad etmək üzrəyiksə, beşincinin də ərazisinə daxil olmuşuqsa, "5+2"dən, "ətraf rayonlar problemi"ndən danışmaq anlamını itirir".



"Azərbaycanın İranla sərhəd zolağı üzərində öz nəzarətini tam bərpa etməsi də böyük uğurdur. Bu, həmsədr ölkələrin də maraqlarına uyğundur, çünki nəzarətsiz sərhədlər beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaradır. Azərbaycan öz hərbi uğurları ilə regional və qlobal təhlükəsizliyə ciddi töhfə verir", - deyə politoloq vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar