"Azərbaycan Ordusunun sürpriz reallıqlar yarada biləcəyi daha 3 gecə və 3 gündüz var"

31 Oktyabr 2020 15:06    1503 Baxış   
"Azərbaycan Ordusunun sürpriz reallıqlar yarada biləcəyi daha 3 gecə və 3 gündüz var"

"Təkcə cəbhə xəttində yox, diplomatik müstəvidə də hər şey gözlədiyimiz və arzuladığımız istiqamətdə - Azərbaycanın mövqe üstünlüyü ilə gedir. Dünənki Cenevrə görüşünün mətbuata açıqlanan detallarından aydın olur ki, bütün maraqlı tərəflər üçün də kritik tarix 3 noyabrdır: ABŞ-dakı seçkilərin qalibi tam müəyyənləşməyənədək, heç kim qəti qərar vermək istəmir".


Dominant.az xəbər verir ki, bunu Ədalət Partiyasının Siyasi Şurasının üzvü Elxan Şükürlü Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan-Azərbaycan Xarici İşlər nazirlərinin iştirakı ilə baş tutan görüşü şərh edərkən deyib.



E.Şükürlü qeyd edib ki, bu görüşün getdiyi ərəfədə xüsusilə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Obraynın sülhməramlılarla bağlı mövqeyinin yayılması və NATO üzvü olan Norveçi, Danimarkanı (+Finlandiya və İsveçi) təklif etməsi rəsmi Vaşinqton üçün də ən vacib detalın - "qırmızı xətt"in məhz sülhməramlılar mövzusu olduğunu bir daha aydınlaşdırdı: "Bu, o deməkdir ki, münaqişənin həllində Ermənistanın Rusiyanı, Azərbaycanın isə Türkiyəni bölgəyə çağırması və bölgədə rus-türk uzlaşması qaçılmaz tarixi zərurətə çevrilir!

"Qarşıda isə Azərbaycan Ordusunun sürpriz reallıqlar yarada biləcəyi daha 3 gecə və 3 gündüz var. Allah Ordumuza gecəni Laçında, Xocalıda, gündüzü isə Şuşada, Kəlbəcərdə, Xankəndində dincəlməyi nəsib eləsin!", - deyə E.Şükürlü qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar