"Azərbaycan və erməni xalqlarının birgə, yanaşı yaşaması mümkündür"

23 İyun 2021 21:59    659 Baxış   
"Azərbaycan və erməni xalqlarının birgə, yanaşı yaşaması mümkündür"

“Sovetlər Birliyi Azərbaycan və Ermənistana xalqların sülh şəraitində yaşaya biləcəyinin bariz nümunəsidir”.

Dominant.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Mənim addımım” partiyasından namizəd və Rus icmasının nümayəndəsi Aleksey Sandıkov Qafqaz Bürosuna verdiyi mühasibəsində bildirib.

“Buna misal olaraq Müslüm Maqamayev və Arno Babajanyanın məşhur dueti mənim üçün simvolikdir” deyə A.Sandıkov vurğulayıb.

Millət vəkili seçkiqabağı səfərlərində Gorus-Qafan yolunun hazırda Azərbaycanın nəzarətində olan hissəsindən keçdiyini qeyd edib.

“On ildən çox müharibə apardığın bir ölkənin bayrağı altında gəzmək, bu hissi yaşamaq həm emosional, həm də psixoloji cəhətdən çox çətindir. Eyni zamanda, yenə də tarixə baxsaq, xüsusən də SSRİ-də erməni və Azərbaycan xalqlarının birgə, yanaşı yaşamalarına və nəzəri cəhətdən mümkünlüyünə dair çoxlu nümunələr var. Təbii ki, tərəflərin hər birinin tələbatlarına ciddi riayət etmək şərti ilə” deyə Ermənistan parlamentinin deputatı izah edib.

(Konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar