Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

09 Dekabr 2021 11:17    132 Baxış   
Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Moskvada "3+3" formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bunu dominant.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "3+3" formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada keçiriləcək.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar