Azərbaycanla diplomatik münasibətlər “artsax”ın tamamilə məhvinə gətirib çıxaracaq - Erməni politoloq

24 İyun 2021 13:52    398 Baxış   
Azərbaycanla diplomatik münasibətlər “artsax”ın tamamilə məhvinə gətirib çıxaracaq -  Erməni politoloq

Azərbaycanla diplomatik münasibətlərin qurulması “artsax”ın tamamilə məhvi ilə razılaşmaya gətirib çıxaracaqdır.

Dominant.az xəbər verir ki, bu fikirləri erməni politoloq Arman Abovyan öz Facebook səhifəsində yazıb.

Siyasi analitikin erməni xalqının, Ermənistanın, “artsax”ın gələcək taleyindən, “erməni soyqırımı”ından bəhs edən yazısını təqdim edirik:

“Artıq ilk ehtiraslar azalıb, indi bizi nə gözləyir və nə edəcəyimizi dəqiqləşdirməliyik.

Ya əlimizi, qolumuzu sallayıb, tüpürüb hər şeydən imtina edək və taleyin ümidinə buraxaq, ya da özümüzdə güc tapıb Vətənimizi məhv edənlərə qarşı mübarizəni davam edək.

Əslində ölkədə Ermənistanın bir türk vilayətinə çevrilməsinə və ölkənin sistematik şəkildə məhv edilməsinə səs verən bir neçə yüz min insanın olması məni maraqlandırmır.

Bu, onların seçimidir, lakin mən əksəriyyətin qərarı ilə boynumu xoşluqla türk qılınçının altına qoymayacağam.

Beləliklə, bizi nə gözləyir.

1-Türklər və azərbaycanlılar planlı şəkildə “artsax respublikası”nın delegitimliyini təmin edəcəklər.

2-Türklər və azərbaycanlılar planlı şəkildə Ermənistan sərhədinin strateji nöqtələrində sərhəd yüksəkliklərini və ərazilərini işğal edəcək, ərazimizin daha dərinliyinə irəliləyəcəklər.

3-Paşinyan və onun dəstəsi yolların blokadadan çıxarılması ideyasını təbliğ edəcək və Azərbaycan və Türkiyəni Ermənistan ərazisindən birləşdirmək üçün pantürkist planlarını həyata keçirəcəklər.

4-Paşinyan və komandası Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına gedəcəklər.

a-Bu, Ay Dat ideyasından imtina etmə və guya “erməni soyqırımı” məsələsini araşdırmaq üçün türklərlə birlikdə tarixçilərdən ibarət ortaq bir komissiya ilə “soyqırım”məsələsinin tarixə qovuşması deməkdir. Bu da öz növbəsində bizim üçün prinsipial olan məsələni beynəlxalq birliyin siyasi gündəmindən çıxarır.

b-Azərbaycanla diplomatik münasibətlərin qurulması “artsax”ın müstəqillik hüququndan imtina edilməsini nəzərdə tutur və bu da faktiki “artsax”ın tamamilə məhvi ilə razılaşmaya gətirib çıxaracaqdır.

… bütün bunlar o demək deyil ki, türklər və azərbaycanlılar bizi sakit buraxacaqlar, əksinə bu planlar həyata keçirildikdən sonra Ermənistanın cənub cinahı boyunca ərazilərini və gələcəkdə də ölkənin bütün ərazisini parçalamağa çalışacaqlar.

İndi sual budur: Bütün bunlara hazırıqmı?

Laqeyd yanaşacağıq, yoxsa yenə də küçədən yüksək kabinetlərə qədər bütün mümkün yerlərdə buna qarşı mübarizə aparmaq üçün bu qədər iradəmiz olacaq.

Sizi bilmirəm, amma mən hər şeyi təkrar edəcəm… Ermənistan cəmiyyətinin bir hissəsinin intihara razı olması məni maraqlandırmır, mən razı olmayacam.

Və mən mübarizəmi aparacam…. Arman Abovyan”

(konkret.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar