Azərbaycanlı müğənni koronavirusdan ölməyibmiş - Həkim rəyi

03 Avqust 2020 16:15    844 Baxış   
Azərbaycanlı müğənni koronavirusdan ölməyibmiş -  Həkim rəyi
Azərbaycanlı müğənni, “Ağbaba” qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.

Dominant.az xəbər verir ki, mərhumun bacısı Səbinə İsmayılovanın Oxu.Az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib.

Yəni mərhum koronavirus səbəbindən ölməyib.



Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar