Bakıda ana və iki övlədının qətlə yetirilməsinin TƏFƏRRÜAT - FOTO

21 Fevral 2022 14:14    460 Baxış   
Bakıda ana və iki övlədının qətlə yetirilməsinin  TƏFƏRRÜAT -  FOTO
Dünən Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.
Dünən Bakıda ana və iki övladının vəhşicəsinə qətlə yetirilməsinin bir neçə təfərrüatı məlum olub.

Dominant.az xəbər verir ki,ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub.

Belə ki, borcunu qaytarmaq istəyən Əhəd Əliyev çıxış yolu olaraq qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olmasını öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.

Qonşuların verdiyi məlumata görə, cinayətdən bir neçə saat əvvəl mənzildən səs-küy gəlirmiş. Səs-küyə polis əməkdaşları, qonşular gəlib. Qapının arxasından uşaq, dərslərindən qeyri-kafi qiymət aldığı üçün atasının döydüyünü bildirib. Polis əməkdaşları ərazini tərk etdikdən sonra məlum cinayət hadisəsi baş verib. Hazırda qapıya prokurorluq tərəfindən möhür vurulub, üzərinə mənzilə giriş qadağası qeyd olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar