Bakıda kran yaşayış binasının üzərinə aşıb, ölən var

04 Sentyabr 2020 14:53    426 Baxış   
Bakıda kran yaşayış binasının üzərinə aşıb, ölən var
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Dominant.az xəbər verir ki, şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında (Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə) baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.

Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Hadisə zamanı, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar