Bakıda polis ehtiyatsızlıqdan xəsarət aldı

20 İyun 2022 15:32    5121 Baxış   
Bakıda polis ehtiyatsızlıqdan xəsarət aldı

Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

Bu barədə Dominant.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur", - deyə nazirlikdən bildirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar