Baş nazir qərar imzalayıb

23 İyun 2021 18:38    728 Baxış   
Baş nazir qərar imzalayıb

“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Dominant.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Müvafiq olaraq "Naxçıvan” Beynəlxalq Hava Limanı Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.

Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
borca görə ali məktəbdən qovulub


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar