Baydendən Rusiyaya sərt mesaj

28 Fevral 2021 19:12    677 Baxış   
Baydendən Rusiyaya  sərt mesaj

ABŞ Prezidenti Co Bayden Krımın Rusiyaya ilhaqının 7-ci ildönümü münasibətilə Kremlə sərt mesajlar verib.

Bayden rəsmi Vaşinqtonun Krımı heç vaxt Rusiyanın bir hissəsi olaraq tanımayacağını və Moskvanın bu yöndəki münasibəti ilə mübarizə aparacağını bildirib.

"Krım Ukraynaya məxsusdur. ABŞ heç vaxt Rusiyanın Krımı ilhaq etməsini tanımayacaq və bu məsələlərdə Ukraynanın yanında olacaq. Ukraynadakı hüquq pozuntularına görə Rusiyanı məsuliyyətə cəlb etməyə çalışacağıq. ABŞ hələ də Ukraynanın sözünə inanır və biz ölkələrinin dinc, demokratik və firavan gələcəyi üçün çalışanların hamısını dəstəkləyirik".

publika.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar