Baydenlə danışıqlar üçün videoəlaqə formatı Putinin xoşuna gəlib

08 Dekabr 2021 21:31    104 Baxış   
Baydenlə danışıqlar üçün videoəlaqə formatı Putinin xoşuna gəlib

ABŞ Prezidenti Co Baydenlə danışıqlar üçün istifadə olunan videoəlaqə formatı Rusiya Prezidenti Vladimir Putinin xoşuna gəlib.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, prezidentlər Rusiya və ABŞ təmsilçilərinin əlaqələri baş tutduqdan sonra yenidən ünsiyyət qurmağın vacib olduğunu bildiriblər.

“Hazırda bunun nə zaman baş tutacağını söyləmək mümkün deyil”, - deyə D.Peskov bildirib.

Mənbə: RT

(Oxu.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar