Beynəlxalq Məhkəmə Ermənistanın iddialarını rədd etdi

07 Dekabr 2021 21:21    704 Baxış   
Beynəlxalq Məhkəmə Ermənistanın iddialarını rədd etdi

Ermənistanın sentyabrda Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin iclası keçirilib.

- Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

- Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiasını təmin edilmədi.

- Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmamış qaldı.

Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Məhkəmə, həmçinin, Ermənistanın irqi düşmənçiliyi qızışdırması və təbliğ etməsi ilə bağlı azərbaycanlılara dəyən zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib.

Məhkəmə qərarında bildirilir:

"Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, irqi düşmənçiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”.

Mina xəritələrinin qaytarılması iddiası ilə bağlı qərar yoxdu, çünki bir neçə gün əvvəl Ermənistan qalan ərazilərlə bağlı xəritələri bizə verib. Məhz məhkəmənin qərarından çəkindiyi üçün erməni tərəfi xəritələri əvvəlcədən qaytardı.

Samir Feyruzov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar