Beynəlxalq Qızıl Xaç Komitəsinə qadın rəhbər seçildi

25 Noyabr 2021 15:33    41 Baxış   
Beynəlxalq Qızıl Xaç Komitəsinə qadın rəhbər seçildi

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ilk dəfə qadın rəhbərlik edəcək.

Dominant.az “Novosti”yə istinadən verdiyi xəbərə görə, isveçrəli diplomat Mirjana Spolyariç Egger gələn ilin oktyabr ayından etibarən öz vəzifəsinin icrasına başlayacaq.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər orqanı olan Assambleya bu gün Mirjana Spolyariç Eggeri BQXK-nın prezidenti vəzifəsinə seçib. O, 2022-ci ilin sentyabrında istefa vermək qərarı verən hazırkı prezident Peter Maureri əvəz edəcək”, - BQXK-nın bəyanatında bildirilir.

M. S. Egger daha əvvəl İsveçrənin Federal Xarici İşlər Departamentində işləyib, hazırda BMT Baş katibinin köməkçisi vəzifəsində çalışır, BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosuna rəhbərlik edir.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar