Bu ərazilər Azərbaycana veriləcək - Paşinyan sənədə qol çəkdi

08 Oktyabr 2022 19:32    3836 Baxış   
Bu ərazilər Azərbaycana veriləcək -  Paşinyan sənədə qol çəkdi

"İndiyə qədər Azərbaycanın sülh təşəbbüsünə erməni lobbiçilərinin, təbliğatçılarının və revanşistlərinin reaksiyası isterik və pozucu olub".

Dominant.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Ermənistan Fransa və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu bir qərara imza atdı:

"Erməni lobbiçiləri, revanşist qüvvələr sülh və inteqrasiya potensialını mənimsəməkdən və sərhədlərə hörmətlə bağlı qarşılıqlı öhdəliyi qeyd etməkdənsə, bu qeyri-müqəddəs ittifaq mediada "sülhün" sonunu və Ermənistanın müstəqilliyinə təhdid yaradacaq çıxışlar, bəyanatlar, addımlarla yadda qalırlar.

Heç kim Paşinyanı Praqadakı dördtərəfli sülh danışıqlarında iştiraka məvbur etməyib. Bəziləri Rusiyanın bu vəziyyətə Ermənistan-Azərbaycan münasibətlərinə siyasi müdaxiləsinin açıq-aşkar sona çatmasından təəssüfləndiklərini belə gizlədə bilmirlər.

Ehtimal etmək olar ki, eyni səsləri, şikayət etmək məqsədilə tutarlı səbəblər tapmaq üçün mediada öz zəifləyən təsirlərini saxlamaq üçün destruktiv fəaliyyətə davam edəcəklər. Çox güman ki, onlar Ermənistana əlavə gələcək təxribatlar üçün təzyiq etməyə davam edəcəklər, lakin Paşinyan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ictimai öhdəlik götürdükdən sonra məsuliyyətdən boyun qaçırmaqda çətinlik çəkəcək.

Bu məqamda Ermənistandan üçtərəfli razılaşmaya uyğun olmayan hər yerdən qoşunlarını çıxarmağı tələb etmək lazımdır. İndiki məqamda bu, Ermənistanın etimadı məsələsi deyil, daha çox Aİ və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu beynəlxalq bir qərardır ki, Ermənistan onu pozmağa cəhd edərsə, mübahisə etmək olmaz. Çünki Bakı bundan sonra nə addım atsa, haqlı görünəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar