"Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasının yaxşı perspektivləri var”

25 Noyabr 2021 15:58    208 Baxış   
"Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasının yaxşı perspektivləri var”

Bütün tərəflərin maraqlarını nəzərə almaqla regionda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması üçün yaxşı perspektivlər görürük.

Dominant.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Zaxarova bildirib ki, açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq razılaşmalara və tərəflərdən hər birinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

“Biz 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixlərində əldə olunmuş razılaşmaların ardıcıl icrasına tərəfdarıq. Cənubi Qafqazda əlaqələrin bərpası da bu qəbildəndir. Bu vacib məsələ ilə üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup məşğul olur”, - Rusiya XİN-in rəsmi nümayəndəsi deyib.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar