Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
Dominant.az xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla məhsuldar görüşümüz oldu. Biz Azərbaycan-Rusiya əməkdaşlığının bir sıra humanitar aspektlərini müzakirə etdik".