Co Bayden Türkiyə və Səudiyyə Ərəbistanı üçün problemlər yaratmağa çalışacaq

08 Dekabr 2020 13:12    528 Baxış   
Co Bayden Türkiyə və Səudiyyə Ərəbistanı üçün problemlər yaratmağa çalışacaq

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı həddən ziyadə gərgin münasibətlər sürətlə normallaşmaqdadır:

1. Səudiyyə Ərəbistanı PKK terror təşkilatının Suriyanın şimalındakı bölmələri olan PYD və YPG terror qruplaşmalarına ayırdığı illik 50 milyon dollarlıq yardımları dayandırır. Rəsmi Ər-Riyadın qərarlarına görə, PYD və YPG-nin Səudiyyədəki "rəsmi nümayəndə"ləri ölkəni dərhal, təcili tərk etməlidir.

2. Səudiyyənin və dünyanın ən böyük investisiya şirkətlərindən olan "Saudi Aramco Development Company" (SADCO) ilə ABŞ-ın "Baker Hughes Company" neft-qaz korporasiyası (böyüklüyünə görə dünyada 3-cü neft-qaz servis şirkəti) Türkiyəyə yeni sərmayə paketi barədə qərar qəbul ediblər.

3. Türkiyənin GETPG şirkəti Səudiyyətə neft-qaz emalı sektorunda fəaliyyət icazəsi aldı.

4. Səudiyyənin Müdafiə Nazirliyi Türkiyədən "Bayraktar TB2", "Akıncı" və "Aksüngür" PUA-larının alınması ilə bağlı danışıqlara başlayır. Ər-Riyad Türkiyədən habelə, çeşidli hərbi texnika da almaq niyyətindədir.

5. Səudiyyə kralı Salman bin Əbdüləziz "Türkiyə ilə münasibətləri lap normallaşdırın" göstərişi verib.

6. Səudiyyə hərbçiləri də İkinci Qarabağ Savaşında PUA-lardan istifadə taktikasını öyrənmək niyyətindədirlər.

7. Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlər ikitərəfli, birbaşa təmaslarla yanaşı, Böyük Britaniyanın vasitəçiliyi ilə aparılan danışıqlar vasitəsilə normallaşır.

8. Ankara və Ər-Riyadın mövqeləri bir məsələdə tam ortaqdır: ABŞ-ın yeni prezidenti Co Bayden mütləq Türkiyə və Səudiyyə Ərəbistanı üçün problemlər yaratmağa çalışacaq.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar