“COVID-19”-lu xəstələr üçün ayrılmış xəstəxananın işçiləri kütləvi şəkildə virusa yoluxub

27 İyun 2020 12:42    2416 Baxış   
“COVID-19”-lu xəstələr üçün ayrılmış xəstəxananın işçiləri kütləvi şəkildə virusa yoluxub
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında koronavirusa yoluxma sayı gündən-günə artmaqdadır.

Dominanat.az-a elə xəstəxananın işçiləri tərəfindən verilən məlumata görə, institutun 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev koronavirusa yoluxub.

Hazırda onun Azərbaycan Tibb Universitetinin Tədrisi Cərrahiyyə Klinikasında müalicə aldığını, vəziyyətinin isə çox ağır olduğu bildirilir. Qeyd olunur ki, F.Ağayevin 70 yaşı olmasına baxmayaraq, o, 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasının qadağan olunduğu ərəfədə işə çıxmağa məcbur olub.

F.Ağayevlə yanaşı, xəstəxananın bir neçə əməkdaşı da - Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Ağayeva Nailə, Kərimova Jalə, tibb bacıları - Fazilə, Səba, Aygün, Şəlalə, təmizlik işçisi (sanitarka) Pərvanə koronavirusa yoluxub.

Şəlalə adlı tibb bacısının qardaşının virusa yoluxaraq öldüyü, həmçinin anasının vəziyyətinin ağır olduğu vurğulanır.

Qeyd edək ki, bundan əvvəl də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşlarında - həkim-cərrahı Barat Bayramov, qəbul qeydiyyat şöbəsində çalışan Sevinc Zeynalova (hamilədir), İnstitutun Referens laboratoriyasından Əzizə, Şölə, Əminə adlı işçilər, liftçi Aybəniz, təsərrüfat şöbəsinin müdiri Asif Lalayev, II vərəm şöbəsindən tibb bacısı Jalə, reanimasiya şöbəsindən İradə xanımda koronavirus aşkarlanıb.

Xəstəxanada koronavirusa yoluxmanın kütləvi hal almasına səbəb kimi isə virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqların olması, həmçinin rəhbərliyin laqeyidliyi əsas gətirilib. İnstitutun işçilərinin bildirdiklərinə görə, xəstəxanada tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkirlər. Nəticədə də bir çox insanın həyatı təhlükə qarşısında qalır, infeksiyanın yayılmasına münbit zəmin yaranır.

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bir neçə gün öncə yalnız “COVID-19” infeksiyasına yoluxmuş xəstələrin qəbuluna dair təyinat alıb. Xəstəxanada yatan vərəmli xəstələr dispanserlərə təxliyə edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar