Daha bir qazi vəzifəyə təyin edilib

25 Fevral 2021 16:54    403 Baxış   
Daha bir qazi vəzifəyə təyin edilib

Səbail Rayon İcra Hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Orxan Xəqani oğlu Aydınov təyin edilib.

O.Aydınov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, O.Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

report.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar