Əli Əliyevə hökm oxundu

13 Yanvar 2022 16:56    436 Baxış   
Əli Əliyevə hökm oxundu

Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev 5 ay müddətinə həbs edilib.

Dominant.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi hökm verib.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, proses Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar