"Elmar Məmmədyarovun Azərbaycanı təmsil etməyə heç bir haqqı qalmadı"

03 İyul 2020 16:39    1343 Baxış   
"Elmar Məmmədyarovun Azərbaycanı təmsil etməyə heç bir haqqı qalmadı"
DTX-nın Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat-istintaq tədbiri ölkədə, doğrudan çox mürəkkəb və təhlükəli bir vəziyyətin hökm sürdüyünü göstərir. Əks təqdirdə bu cür mötəbər bir qurumun xüsusi nəzarət altına alınmasına dövlət rəhbərliyi qətiyyən razılıq verməzdi.

Ölkənin xarici siyasətini həyata keçirən qurumda təsəvvür edin, hansı proseslər cərəyan edirmiş ki, dövlət bunun üzərinə getməyə məcbur olub. Məmmədyarov düşünsün və oğluna Nyu-Yorkda 4 milyon dollara dəbdəbəli mənzil alarkən bunu dərk etməliydi. Yəqin istintaq çox mətləblərə aydınlıq gətirəcək.

Nazirliyin fəaliyyəti ilə əlaqədar DTX-nın bu təşəbbüsünə ölkə vətəndaşlarının dəstəyini görmək istərdim.

Qanundankənar, hətta ağır cinayət motivli əməllərə yol verdiyinə dair məlumatların dəqiqliyinə, səhihliyinə heç bir şübhə yeri yoxdur. Bu mənada ki, DTX-nın əməliyyatına qədər də Xarici İşlər Nazirliyində baş verən hadisələrlə bağlı ardı-arası kəsilməyən yazılarda Elmar Məmmədyarovun ölkəyə hörmət gətirməyən bərbad obrazı ilə tanış olurduq. Bundan sonra onun beynəlxalq aləmdə Azərbaycanı təmsil etməyə daha heç bir haqqı qalmadı.

Göründüyü kimi, dövlət artıq güzəşt limitini tükətmək üzrədir...

Eldar Sabiroğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar