Ermənilərdən etiraf: Radik Oxikyan Azərbaycan postlarına dəfələrlə hücum edib

24 İyul 2021 14:23    559 Baxış   
Ermənilərdən etiraf: Radik Oxikyan Azərbaycan postlarına dəfələrlə hücum edib

Ermənistanın Yerasx (Arazdəyən) kəndinin nümayəndəsi Radik Oxikyan iyul ayının 19-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Dominant.az erməni xəbər portallarına istinadən məlumat verir ki, Radik Oxikyan törətdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusunun hərbçiləri tərəfindən döyülüb və qaçmağa çalışarkən bir neçə güllə yarası alıb. Məlumatda Oxikyanın hazırda xəstəxanada olduğu da bildirilir.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə ( Şuşa, Naçxıvan, Kəlbəcər, Tovuz istiqamətləri) təxribata əl atır və atəşkəsi pozur. Azərbaycan ordusu isə düşmənin cavabını verməklə onun təxribatının qarşısını uğurla alır.

(Konkret.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar