Ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insanı rəftarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

06 Oktyabr 2022 12:21    300 Baxış   
Ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insanı rəftarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

"Ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insanı rəftarı ilə bağlı eynəlxalq təşkilatlara müraciət edilib".

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

"Azərbaycan Baş Prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videogörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət olunub", - vurğulayıb.(report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar