Ermənilərin müharibə öncəsi hesaba qatmadıqları bir amil vardı…” - ŞƏRH

27 Sentyabr 2021 13:09    183 Baxış   
Ermənilərin müharibə öncəsi hesaba qatmadıqları bir amil vardı…” -  ŞƏRH

“Ermənilər elə bilirdilər ki, biz əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcəyik, genişmiqyaslı müharibəyə başlamayacağıq və ya onlar üçün ən pis halda 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gün savaşdıqdan sonra xarici təzyiq qarşısında dayanacağıq”.

Bunu Vətən müharibəsinin 1 illiyini şərh edən politoloq Elxan Şahinoğlu bildirb.

Onun sözlərinə görə, Ermənistan və erməni separatçıları həm də havadarlarına arxayın idilər, düşünürdülər ki, Rusiya, ABŞ və Fransa Azərbaycana irəriləməyə imkan verməz.


“Bu dəfə hamısı yanıldı, çünki hesaba qatmadıqları amil var idi - Türkiyə. Uzun illər Türkiyəni Cənubi Qafqazın kənarında saxlamağa müvəffəq olan böyük güclərin hesabları bu dəfə tutmadı. Qardaş ölkə Azərbaycana iki istiqamətdə dəstək verdi. Türkiyə həm Azərbaycan ordusunu müasir hərbi texnika ilə təmin etdi, həm də Azərbaycana müxtəlif istiqamətlərdən edilən təzyiqləri neytrallaşdırdı. 2016-cı ildə məhz ikinci səbəbə görə hücumlarımız yarımçıq qalmışdı”.


Beləliklə də Azərbaycanın Türkiyənin dəstəyi ilə iki cəbhədə savaşdığını xatırladan siyasi şərhçi deyib ki, bir tərəfdən Ermənistan ordusunu məhv etmək və əraziləri ard-arda azad etmək üçün sürətli hücum planları hazırlanırdı, o biri tərəfdən erməni separatizmini xilas etməyə çalışan xarici güclərin bizə qarşı təzyiqləriylə mübarizə aparılırdı.

“Azərbaycan-Türkiyə birliyinə qarşı aparılan hiyləgər siyasəti, müharibə günlərində və ondan sonrakı gedişatı izləyərək, savaşdan cəmi bir ay sonra yayımladığım “Dəmir Yumruq” kitabında gündəlik analizlərimi topladım”,- E.Şahinoğlu əlavə edib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar