“Ermənistan Azərbaycanın Xəzərdəki limanlarında istifadə edə bilər”

11 İyun 2021 13:55    252 Baxış   
“Ermənistan Azərbaycanın Xəzərdəki limanlarında istifadə edə bilər”

“Azərbaycanın Xəzər dənizindəki limanlarından Ermənistanın istifadə etmək imkanı yarana bilər”.

Dominant.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukdur. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində bölgənin blokadadan çıxarılması istiqamətində müzakirələr aparılır. Bu problemin həllində açar rolunu Ermənistanın blokadadan çıxması oynayır:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpasına da baxılır. Eyni zamanda, Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə nəqliyyatın bərpası müzakirə olunur. Bundan əlavə, Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə mallarını Orta Asiya ölkələrinə və ya əksinə daşıması üçün imkanı yarana bilər” – deyə Overçuk vurğulayıb.

(konkret.az)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar