Ermənistan NATO təlimlərindən imtina etdi

21 İyul 2021 16:19    218 Baxış   
Ermənistan NATO təlimlərindən  imtina etdi

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda planlaşdırılan təlimlərinə qatılmayacaqlar.


Dominant.az xəbər verir ki, bu barədə yerli mediaya Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd edək ki, çoxmillətli hərbi təlim olan "Agile Spirit 2021" 26 iyul - 6 avqust tarixlərində keçiriləcək. Bir müddət öncə isə NATO-nun mətbuat xidməti, təlimlərdə Gürcüstan və ABŞ-la yanaşı, 13 NATO ölkəsindən, alyansın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə ilə Azərbaycandan olan hərbçilərin iştirak edəcəyinin planlaşdırıldığını söyləmişdi.


Xatırladaq ki, keçmişdə Ermənistan dəfələrlə NATO-nun Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar