Ermənistan XİN-in başçısı Qarabağa gələcək

05 Yanvar 2021 16:39    491 Baxış   
 Ermənistan XİN-in başçısı Qarabağa gələcək

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gələcək.

Dominant.az xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlama yayıb.

Məlumata görə, Ayvazyan hələ də Qarabağda qalan erməni separatçı-terrorçu liderlərlə görüşəcək.

Qeyd edilib ki, 3 yanvarda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycanın axtarışa verdiyi cinayətkar, özünü keçmiş “dqr”in rəhbəri adlandırmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan da iştirak edib və "Qarabağa humanitar yardım" müzakirə edilib.

Redaktor.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar