Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ

11 İyun 2021 17:12    373 Baxış   
Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu -  RƏSMİ

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Dominant.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar