Ermənistana yardım edilməsin - Jirinovski

22 Sentyabr 2021 18:23    1771 Baxış   
Ermənistana yardım edilməsin -  Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ermənistana edilən hərbi və iqtisadi yardıma qarşı çıxıb.

Dominant.az xəbər verir ki, Dövlət Dumasına son seçkilərdə partiyası 3-cü yer tutan Jirinovski xarici ölkələrə təmənnasız yardım göndərilməsinin əleyhinə olduğunu deyib.

“İndi Azərbaycana qarşı Ermənistana yardım edirik. Əfqanıstanda aclara yardım üçün artıq təyyarələr hazırlanıb. Liberal Demokratlar Partiyası buna qarşıdır! Və daim buna qarşı çıxacağıq: heç bir ölkəyə bircə qram ərzaq yardımı edilməsin! Heç bir ölkəyə bircə qəpik pul verilməsin! Bircə əsgərimizi də başqa ölkəyə göndərməyək! Öz vətəndaşımıza yardım etməliyik, bax bu düzgün addım olar”, - deyə Jirinovski söyləyib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar