Ermənistandakı Rusiya səfirliyi yaydığı məlumatda şəhəri Xankəndi adlandırdı

24 Fevral 2021 18:15    387 Baxış   
Ermənistandakı Rusiya səfirliyi yaydığı məlumatda şəhəri Xankəndi adlandırdı

Rusiyanın Ermənistandakı Səfirliyi Dağlıq Qarabağ əhalisinə növbəti humanitar yardımın çatdırılması haqda məlumat yayıb.

Məlumatda diqqət çəkən məqam Rusiya tərəfinin indiyə qədər Stepanakert kimi qəbul etdiyi şəhəri bu dəfə həm də Xankəndi kimi qeyd etməsidir. Həmin məlumatı diqqətinizə təqdim edirik:

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi Dağlıq Qarabağ əhalisinə növbəti humanitar yardım partiyasının çatdırılmasını təşkil edib.

Avtomobil nəqliyyatı ilə sosial infrastrukturun və mənzil fondunun bərpası üçün lazım olan tikinti materialları göndərilib. Ümumilikdə, Stepanakert – Xankəndiyə təxminən 50 ton yük çatdırılıb. Həmin yükə sinklənmiş polad, metal plitələr və ağac daxildir.

Rusiya Fövqəladə Hallar Nazirliyi ötən ilin noyabrından bu yana Dağlıq Qarabağa 1,5 min tondan çox humanitar yardım çatdırıb. Yardımın köməyi ilə artıq 1,8 min obyekt bərpa edilib. Bunlar çoxmənzilli və şəxsi yaşayış binaları, inzibati binalar, sosial əhəmiyyətli obyektlər və infrastrukturdur.

/sfera.az/
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar